"Neftçi" 7 futbolçusu ilə yollarını ayırıb. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "ağ-qaralar"ın 6 futbolçu – Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla müqavilə yenilənməyib. 

Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu "Sabah" klubuna qayıdıb.

Paytaxt təmsilçisi futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest