31 May 2025, 12:10
FUTBOL
"Real" ilə müqavilə bağlayan sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold, Madrid klubundan təxminən 20 milyon avroluq imza bonusu alıb.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, ingilis futbolçu ispan nəhənginə azad agent kimi qatıldığı üçün "Kral klub"u bu böyük məbləği ödəyib. "Real" daha əvvəl azad agent kimi komandaya qoşulan müdafiəçilər Antonio Rudiger və David Alabaya da imza bonusu olaraq 20 milyon avro ödəyib.
Qeyd edək ki, Aleksander-Arnoldun "Real" ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədərdir.