31 May 2025, 11:04
FUTBOL
İspaniyalı qapıçı David De Xea İtaliyanın "Fiorentina" klubu ilə müqavilənin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı ispaniyalının Florensiya komandası ilə yeni müqaviləsi 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, De Xea 2024-cü ilin avqustunda "Fiorentina"ya keçib. Ümumilikdə o, klubda 42 oyun keçirib, onlardan 11-də qapısını toxunulmaz saxlayıb. David De Xea əvvəllər "Mançester Yunayted" və Madird "Atletiko"sunda da çıxış edib.