31 May 2025, 00:25
FUTBOL
"Roma" italiyalı baş məşqçi Can Pyero Qasperini ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, hazırda "Atalanta"ya rəhbərlik edən Qasperini, orada 9 il çalışdıqdan sonra klubu tərk edir. Onun rəhbərliyi altında "Atalanta" bütün yarışlarda 439 oyun keçirib, 228-də qalib gəlib, 101-də heç-heçə edib, 110-da məğlub olub. 67 yaşlı mütəxəssis ilə komanda 2023/2024 mövsümündə Avropa Liqasının qalibi olub.
Ötən mövsümün sonunda isə Qasperininin komandası üçüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.