30 May 2025, 20:05
FUTBOL
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə start verib.
Matc.az xəbər verir ki, komanda Macarıstan seçməsi ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada yığmamız 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir. Milli iyunun 1-də Sloveniya ilə üz-üzə gələcək.