30 May 2025, 19:01
FUTBOL
"Əl-Nəsr"in 40 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını Səudiyyə Ərəbistanı klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
Bildirilir ki, Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzalayıb. Müqavilənin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, ötən mövsüm Ronaldo "Əl-Nəsr"ın heyətində bütün turnirlərdə 41 oyun keçirib, 35 qol vurub və 4 məhsuldar ötürmə edib. 40 yaşlı hücumçunun klubu ilə hazırki müqaviləsi 30 iyun 2025-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 12 milyon avrodur.