Con Heytinqa tezliklə "Ayaks"ın yeni baş məşqçisi olacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, tərəflər artıq 2 illik müqavilə barədə razılığa gəliblər.

Daha əvvəl Arne Slotun məşqçilər korpusunda çalışan 41 yaşlı mütəxəssis Amsterdam komandası ilə danışıqlar aparmaq üçün ingilis klubundan icazə alıb.

Xatırladaq ki, başa çatan Niderland çempionatında Françesko Fariolinin başçılıq etdiyi "Ayaks", sona bir tur qalmış liderliyi PSV-yə verərək, ikinci olub. Bu nəticədən sonra Farioli ilə yollar ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest