30 May 2025, 15:35
FUTBOL
Françesko Farioli ilə yollarını ayıran "Ayaks"ın yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, Amsterdam təmsilçisini hazırda "Liverpul"da köməkçi məşqçi vəzifəsini icra edən Con Heytinqa çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Niderlandlı mütəxəssislə razılıq əldə olunub. 41 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Con Heytinqa daha əvvəl "Ayaks"ın akademiyasında məşqçi kimi çalışıb.