30 May 2025, 14:21
FUTBOL
"Real" "Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnoldu transfer edib.
"Real" "Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnoldu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü ilə 30 iyun 2031-ci il tarixədək qüvvədə olan müqavilə imzalanıb.
Qeyd edək ki, Trent Aleksandr-Arnold "Liverpul"un yetirməsidir. 26 yaşlı sağ cinah müdafiəçisi başa çatan mövsümdə Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 44 oyunda 4 qol vurub, 8 qol ötürməsi edib..