30 May 2025, 13:53
FUTBOL
Serjiu Konseysau ilə yollarını ayıran "Milan"ın yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisini Massimiliano Alleqri çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. İtalyan məşqçi daha əvvəl 2010-2014-cü illərdə "Milan"I çalışdırıb.
Qeyd edək ki, Alleqrinin son iş yeri "Yuventus" olub.