30 May 2025, 13:26
FUTBOL
Azərbaycan Kubokunun indiyədək keçirilən 30 final matçını 18 baş hakim idarə edib.
Matc.az xəbər verir ki, 1992-ci ildən keçirilən yarışın şərikli rekordçuları Fariz Yusifovla Əliyar Ağayevdir. Onlar hamıdan çox – hərəyə 4 dəfə həlledici görüşdə ədaləti qoruyub.
Vüsal Əliyev və Xaqani Məmmədov 3, Tahir Süleymanovla İnqilab Məmmədov 2 final idarə edib. Digər 12 referi isə hərəyə 1 dəfə finalda baş hakim funksiyasını yerinə yetirib. Bunlar Gülağa Cabarov, Orucəli Durmuşov, Nüvər Xasıyev, Asim Xudiyev, Məhəmməd Məmmədov, İmanxan Sultani, Manuel Qrafe (Almaniya), Elçin Məmmədov, Rəhim Həsənov, Rauf Cabbarov, Elçin Məsiyev və Rəvan Həmzəzadədir.