"Arsenal"ın müdafiəçisi Maylz Lyuis-Skelli "Real"ın transfer siyahısına düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb.

Madrid klubu İngiltərə millisinin üzvünün performansını yaxından izləyir. "Real" "Arsenal"la 1 illik müqaviləsini qalan sol cinah müdafiəçisini gələn il heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Maylz Lyuis-Skelli "Arsenal"ın yetirməsidir. 18 yaşlı futbolçu bu mövsüm "topçular"ın heyətində keçirdiyi 42 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest