30 May 2025, 12:16
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan Türkiyədə çıxış etməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İlkay İstanbula gedərək "sarı-qırmızılar"la danışıqlar aparıb. Artıq tərəflər arasında anlaşma əldə olunub. 34 yaşlı oyunçu İngiltərə klubu ilə gələn ilin yayında başa çatan müqaviləsini ləğv edəcək və azad agent statusu ilə "Qalatasaray"a qoşulacaq.
Qeyd edək ki, İlkay Gündoğan başa çatan mövsümdə "Mançester Siti"nin heyətində keçirdiyi 50 oyunda 3 qol vurub, 7 qol ötürməsi edib.