"Napoli" rəhbərliyi Antonio Konte ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi çempion baş məşqçi ilə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

55 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanı çalışdıracaq.

Qeyd edək ki, Antonio Konte 2024-cü ilin yayında "Napoli"nin baş məşqçisi təyin olunub. Neapol təmsilçisi onun rəhbərliyi altında İtaliya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest