"Renn"in kapitanı Addrien Truffer Türkiyə Super Liqasında çıxış  edə bilər.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  "Fənərbaxça" fransalı sol cinah müdafiəçisini transfer etmək istəyir.

"Renn" yaşadığı maliyyə problemlərinə görə aparıcı futbolçularından bir neçəsini satacaq. Bu amildən yararlanmağa çalışan "Fənərbaxça" klubu ilə  1 illik müqaviləsi qalan Truffer üçün hərəkətə keçib.

Qeyd edək ki, Adrien Truffer "Renn"in yetirməsidir. Fransa millisinə də dəvət almış 23 yaşlı müdafiəçi başa çatan mövsümdə Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 35 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest