30 May 2025, 10:50
FUTBOL
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında sonuncu oyununu keçirəcək.
Matc.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edəcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Saat 18:00-da başlayacaq matç "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
30 may
Azərbaycan (Qadınlar) – Litva (Qadınlar)
Bayıl stadionu. Saat 18:00
Baş hakim: Sapir Gaya Berman
Baş hakimin köməkçiləri: May Moalem, Nofar Chava Skorka
Dördüncü hakim: Shada Dahamshi
(Hakimlər briqadası İsraildəndir)












