"Benfika" ilə müqaviləsi başa  çatan Anxel Di Mariyanın yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, argentinalı vinger ölkəsinə qayıdıb.

Di Mariya yetirməsi olduğğu "Rozariyo Sentral"laa anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  37 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Anxel Di Mariya başa çatan mövsümdə "Benfika"nın heyətində keçirdiyi 40 oyunda 15 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest