30 May 2025, 10:13
FUTBOL
Fransa Liqa 1-ə yüksəlmək üçün pley-offun cavab görüşü keçirilib.
Matc.az xəbər verir ki, elitanı 16-cı yerdə başa vurmuş "Reyms" öz meydanında Liqa 2-də 3-cü olmuş "Mets"i qəbul edib. Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb.
İlk oyunda da eyni hesab qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 2 qool vuran "Mets" Liqa 1-ə yüksəlib.
"Reyms" isə növbəti mövsümdə Liqa 2-də mübarizə aparacaq.