Portuqaliyalı mütəxəssis Serxio Konseysao "Milan"ın baş məşqçi postundan qovulub.

Matc.az xəbər verir ki, İtaliya klubunun rəsmi saytı 50 yaşlı çalışdırıcının ayrılması ilə bağlı xəbər paylaşıb.

Daha əvvəl mətbuatda italyan məşqçi Massimiliano Alleqrinin "Milan"a qayıtmağa yaxın olduğu barədə məlumatlar yayılmışdı. Artıq mütəxəssislə uzadılma variantı ilə 2 illik müqavilənin razılaşdırıldığı bildirilib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 30 dekabr 2024-cü ildən komandaya rəhbərlik edib. Serxio Konseysao "Milan"ın sükanı arxasında 31 matç keçirib, 16 dəfə qələbə qazanıb və 5 oyunda heç-heçə edib. Komanda daha 10 görüşdə isə məğlubiyyətlə üzləşib.

"Milan" mövsümü 63 xalla səkkizinci yerdə başa vurub. Milan klubu Konseysao ilə 2024/2025-ci il mövsümündə İtaliya Superkubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest