"Leqanes"in müdafiəçisi Valentin Rozier azad agent kimi "Osasuna"ya keçib.

Matc.az xəbər verir ki, bu barəd məlumatı onu yeni klubu paylaşıb.

Müqavilə 2025-ci il iyulun 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, 28 yaşlı fransız daha əvvəl "Beşiktaş", "Nitsa", "Sportinq", "Dijon" və "Rodez"in rənglərini qoruyub.

Ötən mövsüm Rozier "Leqanes"in heyətində 36 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest