"Real" iyunun 15-də başlayacaq klublararası dünya çempionatı başlamazdan əvvəl sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun İspaniya nəhənginə transferi ilə bağlı "Liverpul"la razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabınnda jurnalist Ramon Alvarez de Mon paylaşıb.

Bildirilir ki, Madrid klubu ingilis futbolçunun iyun ayı üçün maaşını qarşılayacaq, həmçinin "mersisaydlılar"a əlavə təzminat ödəyəcək.

Qeyd edək ki, Aleksandr-Arnoldun "Liverpul"la müqaviləsi 2025-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest