Fransa millisinin və "Latsio"nun yarımmüdafiəçisi Matteo Quenduzi İngiltərəyə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" paylaşıb.

"Arsenal"ın keçmiş futbolçusunun xidmətində "Nyukasl" maraqlıdır. İngilis klubu futbolçu üçün 40 milyon avro təklif etməyə hazırdır.

Bildirilir ki, Quenduzinin gələcəyi "Yuventus"un maraq dairəsində olan "Nyukasl"ın italiyalı yarımmüdafiəçisi Sandro Tonalinin statusundan asılıdır. Lakin ola bilsin ki, "Nyukasl" oyunçunun agentləri tərəfindən "Latsio" ilə hazırkı müqaviləsi çərçivəsində Quenduzinin şərtlərini yaxşılaşdırmaq üçün istifadə olunur.

Qeyd edək ki, 26 yaşlı fransız ötən mövsüm başlamazdan əvvəl 13 milyon avroya "Marsel"dən Roma klubuna keçib. Ümumilikdə, Quenduzi bütün yarışlarda "Latsio"nun heyətində 48 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest