29 May 2025, 19:20
FUTBOL
Bu gün Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off qarşılaşması keçirilib.
Matc.az.az xəbər verir ki, II Liqada 13-cü pilləni tutan "Lerik" AFFA Region Liqasının finalçısı "Şirvan"la qarşılaşıb.
"ASCO Arena"da keçirilən oyunda "Şirvan" 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da onlar növbəti mövsüm II Liqada mübarizə aparacaqlar. Məğlub olan "Lerik" isə Region Liqasında iştirak edəcək.