29 May 2025, 19:00
FUTBOL
3 futbolçusu ilə başa çatan müqavilələr uzadılmayıb, 2 futbolçusunun isə icarə müddəti başa çatıb.
"Qəbələ" klubu 5 futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələr uzadılmayıb.
Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin isə icarə müddəti başa çatıb.
Qeyd edək ki, bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən "qırmızı-qaralar"ın formasını geyinirdi.