"Liverpul" "Bayer"dən Florian Virtz və Ceremi Frimponqun transferini tamamladıqdan sonra klubun yayda imzalaya biləcəyi hücumçuların siyahısını hazırlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, "mersisaydlılar" Frankfurt "Ayntraxt"ının hücumçusu Uqo Ekitiku, "Leypsiq"in hücumçusu Benjamin Şeşko və Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvareslə maraqlanır.
"Bornmut"un müdafiəçisi Miloş Kerkezin də yaya "Liverpul"un heyətini gücləndirə biləcəyi vurğulanır. "Albalılar" 21 yaşlı futbolçunun transferi üçün təxminən 45 milyon funt-sterlinq (53,5 milyon avro) istəyir, lakin İngiltərə çempionları daha az məbləğlə müqavilə bağlamağa ümid edirlər.
"Liverpul" iyunun ortalarına qədər qeyd edilən futbolçulardan üç ilə müqavilə imzalaya bilər.