"Barselona" "Mançester Yunayted"in 50 milyon avroya yaxın qiymətləndirdiyi hücumçu Markus Reşfordu transfer etməkdə hələ də maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Bildirilir ki, əgər kataloniyalılar mərkəz müdafiəçisi Ronald Arauxo və ya hücumameyilli yarımmüdafiəçi Fermin Lopezi də sövdələşməyə daxil edərsə, Mançester klubu 27 yaşlı futbolçunu pulsuz buraxmağa razıdır. "Mançester Yunayted" hesab edir ki, Arauxo bu mövsüm zəif çıxış etməsinə baxmayaraq, komandanın müdafiə problemlərini həll etməyə qadirdir.

Qeyd edək ki, müdafiəçinin klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Lopezin "Barselona" ilə müqaviləsi isə 2029-cu il iyunun 30-a kimidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest