"Barselona"nın futbolçusu Ansu fati növbəti mövsümə Fransada başlayacaq.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında anlaşma əldə olunub. "Monako" ispaniyalı vingeri satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, Ansu  Fati "Barselonaa"nın yetirməsidir. 22 yaşlı futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində 11 rəsmi matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest