"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Türkiyə Super Liqasında çıxış edə bilər.

Matc.az xəbər  verir ki,  bu barədə "Takvim" nəşri məlumatt yayıb.

"Qalatasaray" türk yarımmüdafiəçini heyətinə qatmaq istəyir. 34  yaşlı oyunçu "sarı-qırmızılar"la danışıqlar aparmaq üçün İstanbula yollanıb.

Qeyd edək ki,  İlkay Gündoğan başa çatan mövsümdə "Mançester Siti"nin heyətində keçirdiyi 50 oyunda 3 qol vurub, 7 qol ötürməsi edib.  Onun İngiltərə klubu ilə 1 illik müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest