Bu gün Azərbaycan 2-ci Liqasında pley-off görüşü keçiriləcək.

Matc.az xəbər verir ki, həlledici oyunda 2-ci Liqanı 13-cü pillədə başa vuran "Lerik"lə Region Liqasının 2-cisi "Şirvan" üz-üzə gələcək.

"ASCO Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək. matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Qalib gələn kollektiv növbəti mövsüm 2-ci Liqada mübarizə aparacaq.

2-ci Liqa, pley-off

16:00 "Lerik" - "Şirvan"

Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Əli Əliyev
Hakim-inspektor Babək Quliyev
AFFA nümayəndəsi Emin Cəfərov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest