29 May 2025, 09:24
FUTBOL
UEFA Avropa Konfrans Liqasında 2024/2025 mövsümünə yekun vurulub.
Matc.az xəbər verir ki, finalda "Betis"lə "Çelsi" üz-üzə gəlib. Rəqibini 4:1 hesabı ilə məğlub edən İngiltərə təmsilçisi kuboku başı üzərinə qaldırıb.
"Betis" (İspaniya) – "Çelsi" (İngiltərə) 1:4
Qollar: A.Ezzalzouli, 9, - E.Fernandes, 65, N.Cekson, 70, J.Sanço, 83, M.Kaysedo, 90+1