29 May 2025, 01:16
FUTBOL
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.
Matc.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalardan sonra daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.
Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 2:3 hesabı ilə məğlub olub.
Dünya çempionatı
1/4 final
Macarıstan – Mavritaniya
Monteneqro – Çexiya
İngiltərə – Azərbaycan
Bosniya və Herseqovina – Serbiya