"Latsio" baş məşqçi Marko Baroni üçün əvəzedici axtarır və Mauritsio Sarrini geri qaytarmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Italia2 məlumat yayıb.
Bildirilir ki, Roma klubu Sarrinin geri qayıtmasında israrlıdır və artıq keçmiş məşqçisinə 2027-ci ilə qədər hər mövsüm üçün 2,8 milyon avro təklif edib. İddia olunur ki, iki tərəf arasında fəal şəkildə danışıqlar aparılır və "Latsio" müqavilə bağlamaqda israrlıdır.
Qeyd edək ki, 66 yaşlı Sarri 2021-2024-cü illərdə Roma klubuna rəhbərlik edib və o vaxtdan bəri işsiz qalıb. İtalyan mütəxəssis 2024-cü il martın 12-də ardıcıl 4 məğlubiyyətdən sonra ("Udineze" ilə 1:2, "Bavariya" ilə 0:3, "Milan"la 0:1 və "Fiorentina" ilə 1:2) sonra klubun baş məşqçi postunu tərk edib.