28 May 2025, 18:40
FUTBOL
"Zirə" Brahim Konateni heyətinə qatdığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransız futbolçu ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində ölkəsinin "Oser", "Nor", İspaniyanın "Fuenlabrada", "Rayo Mayadahonda", Litvanın "Kauno Jalgris" və İsrailin "Hapoel" (Afula) klublarında çıxış edib. Konatenin son komandası "Şamaxı" idi.