28 May 2025, 18:27
FUTBOL
"Real"ın hücumçusu Kilian Mbappe Madrid klubunda mövsümün ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Məni dəstəkləyən və səs verən hər kəsə təşəkkür etmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir. Bu keçid çətin idi - yeni komanda, dil, mədəniyyət. Amma indi burada özümü evdəki kimi hiss edirəm. "Real"da xoşbəxtəm və bu, çıxışlarımda da özünü göstərir. İlk mövsüm mənə əvəzolunmaz təcrübə qazandırdı", - Mbappe deyib.
Xatırladaq ki, Mbappe ötən mövsüm "Real"da debüt edib. O, İspaniya La Liqasının bombardiri olmağı və "Qızıl buts"u qazanmağı bacarıb.