"Qalatasaray" Berkan Kutlu və Kerem Demirbayla yollarını ayırmağı planlaşdırır.

Matc.az yerli mətbuata istinadən xəbər  verir ki, İstanbul təmsilçisi hər iki oyunçu üçün gələn təklifləri dəyərləndirəcək.

"Sarı-qırmızılar" Berkanla Keremi göndərdikdən sonra yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir. "Qalatasaray" Dortmund "Borussiya"sı ilə 1 illik müqaviləsi qalan Salih Özcanı transfer etməyə çalışacaq.

Türkiyə millisinin üzvü özü "aslanlar"ın təklifinə isti yanaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest