"Marsel"in futbolçusu Luis Enrike karyerasını İtaliyada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

"İnter" braziliyalı vingerin keçidini həll edib. A Seriyası nəhəgni Enrike üçüün Fransa klubuna 25 milyon avro təzminat ödəyəcək. 23 yaşlı futbolçu İtaliya klubu ilə  5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Luis Enrike başa çatan mövsümdə "Marsel"in heyətində keçirdiyi 35 oyunda  9  qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest