"Nottingem Forest"in futbolçusu Morqan Gibbs-Uayt Premyer Liqada daha bir klubun transfer siyahısına düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

"Mançester Siti"dən sonra "Arsenal" da ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Klubu 25 yaşlı futbolçu üçün 100 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, Morqan Gibbs-Uayt başa çatan mövsümdə "Nottingem  Forest"in heyətində keçirdiyi 38 oyunda 7  qol vurub, 10 qol ötürməsi edib. İngiltərə millisinin üzvünün Premyer Liqa təmsilçisi ilə  müqaviləsi 2027-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest