"Real" yay transfer pəncərəsi üçün büdcə formalaşdırmaq məqsədilə aparıcı  oyunçularından birini satmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.

"Kral klubu"nun satmaq istədiyi oyunçu Rodriqodur. "Arsenal" braziliyalı vinger üçün 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib. 24 yaşlı futbolççu başa çatan mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 50 oyunda  13 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest