Xabi Alonsonun baş məşqçi təyin olunmasından sonra "Real"ı tərk edəcək futbolçulardan biri məlum olub.

Matc.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, söhbət Ferlan Mendidən gedir. Fransalı sol cinah müdafiəçisi Alonsonun planlarına daxil deyil.

"Kral klubu" yayda 29 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki,  "Real" Ferlan Mendini 2019-cu ilin yayında "Lion"dan ttransfer edib. Təcrübəli oyunçu bu mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest