28 May 2025, 12:11
FUTBOL
"Mançester Siti" yayda Cek Qrilişi satmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatıməlumat yayıb.
Premyer Liqa nəhəngi ingiltərəli vinger üçün 40 milyon funt-sterlinq tələb edir. 29 yaşlı oyunçu ilə "Nyukasl" yaxından maraqlanır.
Qeyd edək ki, "Mançester Siti" Cek Qrilişi 2021-ci ildə "Aston Villa"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm "şəhərlilər"in heyətində keçirdiyi 32 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.