Həlledici oyunda 1-ci Liqada 9-cu yeri tutmuş "Difai" ilə 2-ci Liqada 4-cü olan "Hypers Quba" üz-üzə gələcək.
Növbəti mövsümdə 1-ci Liqada mübarizə aparacaq sonuncu komandanın adına aydınlıq gəlir.
Matc.az xəbər verir ki, bu gün pley-off matçı baş tutacaq.
Həlledici oyunda 1-ci Liqada 9-cu yeri tutmuş "Difai" ilə 2-ci Liqada 4-cü olan "Hypers Quba" üz-üzə gələcək. "ASCO Arena"da keçiriləcək matç saat 16:00-da start götürəcək. Qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
I Liqa, pley-off
“Difai” – “Hypers Guba”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”, 16:00