"Beşiktaş" yayda heyətini yeni hücumçu ilə  gücləndirəcək.

Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi icarə əsasında "Benfika"da çıxış edən Zeki Amdunidir.

Türkiyə klubu isveçrəli foorvard üçün onun müqavilə ilə məxsus olduğu "Börnli" ilə danışıqlara başlayacaq. "Beşiktaş" 24 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Zeki Amduni mövsümün əvvəlində "Benfika"ya icarəyə verilib. İsveçrə millisinin üzvü Lissabon təmsilçisinin heyətində keçirdiyi 45 oyunda  10 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest