UEFA Avropa Konfrans Liqasında 2024/2025 mövsümünə yekun vurulub.

Matc.az xəbər verir ki, bu gün Avropanın nüfuzuna görə 3-cü hesab olunan klub turnirində final görüşü keçirilib.

Həlledici oyunda İngiltərənin "Çelsi" klubu İspaniya təmsilçisi "Betis"lə üz-üzə gəlib. Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşmada London klubu qələbə qazanıb.

Qeyd edək ki, Konfrans Liqasının son qalibi Yunanıstanın "Olimpiakos" klubudur.

Konfrans Liqası
Final

"Betis" – "Çelsi" - 1:4
Qollar: Ezzalzouli, 9 // Fernandes, 65, Cekson, 70, Sanço, 83, Kaysedo, 90+1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest