Arda Turanın Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi olub.

Matc.az xəbər verir ki, bu barədə məlumat klubun sosial şəbəkə hesabında paylaşılıb.

Ukraynanın klubu türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalayıb.

Turanın son iş yeri 2023-cü ilin aprelindən rəhbərlik etdiyi Türkiyənin "Eyupspor" klubu olub. Bu müddət ərzində onun rəhbərliyi altında Türkiyə klubu bütün turnirlərdə 84 oyun keçirib, 45 dəfə qalib gəlib, 14 dəfə heç-heçə edib və 25 göüşdə məğlub olub.

"Şaxtyor" isə Ukrayna çempionatının son mövsümünün nəticələrinə görə, 30 turda 62 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Növbəti mövsümdə Arda Turanın komandası Avropa Liqasının təsnifat mərhələsində çıxış edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest