27 May 2025, 21:35
FUTBOL
"Mançester Yunayted" "Antverpen" klubunun 22 yaşlı qapıçısı Senne Lammens və "Lester"in 24 yaşlı qapıçısı Mads Hermanseni izləyir.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilir ki, "qırmızı şeytanlar"ın ehtiyat qapıçısı Altay Bayındır klubu tərk edə bilər.Mançester təmsilçisi Onana ilə rəqabət apara biləcək qapıçı almaq istəyir. Kamerunlu futbolçunun da klubdan ayrılacağı istisna edilmir. Onana ilə Səudiyyə Ərəbistanının komandaları maraqlanır.
Qeyd edək ki, Lammensin "Antverpen" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Hermansenin "Lester"lə müqaviləsi isə 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub.