"Mançester Yunayted" "Vulverhempton"un sağ cinah müdafiəçisi Nelson Semedo ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.

Bildirilir ki, 31 yaşlı futbolçu yayda azad agent kimi "qırmızı şeytanlar"a keçə bilər, çünki onun "qurdlar"la müqaviləsi iyunun 30-da başa çatır. Klubun müqaviləni 4 il uzatmaq təklifinə baxmayaraq, Semedonun böyük ehtimalla "Vulverhempton"dan ayrılacağı vurğulanır.

Qeyd edək ki, Semedo bu mövsüm bütün yarışlarda 38 oyun keçirib və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 10 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest