27 May 2025, 17:35
FUTBOL
"Qalatasaray"ın futbolçusu Yunus Akgün əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Türk vingerin diz əməliyyatı uğurlu keçib. 24 yaşlı futbolçunun yaşıl meydanlara qayıdacağı tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 44 oyunda 12 qol vurub, 14 qol ötürməsi edib.