27 May 2025, 16:20
FUTBOL
"Slaviya"nın müdafiəçisi İqo Oqbu Türkiyədə çıxış edə bilər.
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Beşiktaş" nigeriyalı futbolçunu transfer etmək istəyir.
İstanbul təmsilçisinin baş məşqçisi Ule Qunnar Sulşer 25 yaşlı mərkəz müdafiəçisinin oyununu bəyənir. "Beşiktaş"ın bu keçidi 5 milyon avroya yekkunlaşdıracağı gözlənilir.
Qeyd edək ki, "Slaviya" İqo Oqbunu 2023-cü ilin yanvar ayında Norveçin "Lilleström" klubundan transfer edib. Nigeriya millisinin üzvü olan oyunçu bu mövsüm Praqa təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.