27 May 2025, 15:55
FUTBOL
"Nürnberq"lə müqaviləsi başa çatan Mahir Emreli Almaniyada qala bilər.
Matc.az xəbər verir ki, bua barədə "Kicker" nəşri məlumat yayıb.
Mahirə bir Bundesliqa klubundan təklif var. Azərbaycanlı forvardla maraqlanan digər klublar isə 2-ci Bundesliqada mübarizə aparan "Kayzerslautern" və Düsseldorf "Fortuna"sıdır.
Qeyd edək ki, Mahir Emreli başa çatan mövsümdə "Nürnberq"in heyətində keçirdiyi 24 oyunda 10 qol vurub, 1 qol ötürməsi edib. 27 yaşlı hücumçu hazırda azad agent statusundadır.