27 May 2025, 12:58
FUTBOL
"Qalatasaray" mövsümün sonunda komandadan ayrılacaq Fernando Musleraya əvəzləyici axtarır.
Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Real"da çıxış edən Andrey Lunindir.
"Cim bom" ukraynalı qolkiper üçün İspaniya klubu ilə danışıqlara başlayacaq. "Qalatasaray"ın 26 yaşlı qolkiperi transfer etmək şansı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Andrey Lunin başa çatan mövsümdə "Real"ın heyətində 14 oyunda iştirak edib.